Almaniya iki rus diplomatı “persona non qrata” elan edəcək

Almaniya iki rus diplomatı “persona non qrata” elan edəcək

Almaniya iki rus diplomatı “persona non qrata” elan edəcək

Rəsmi Berlin 2019-cu ildə çeçen əsilli Gürcüstan vətəndaşı Zelimxan Xanqoşvilinin öldürülməsini ölkənin suverenliyinin pozulması kimi qəbul edir və Rusiya səfirliyinin iki əməkdaşını Almaniyadan çıxarır.

Polemika.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə Almaniya XİN-nin başçısı Annalena Berbok bildirib: “Bu gün məhkəmə müəyyən etdi ki, dövlət sifarişi ilə törədilən bu qətl Federativ Respublikamızın hüquq və suverenliyinin ciddi şəkildə pozulması deməkdir. Biz dərhal Rusiyanın ölkəmizdəki səfirini söhbətə dəvət etdik. Ona bildirildi ki, səfirliyin diplomatik personalının iki nümayəndəsi arzuolunmaz şəxs elan edilir”.

Xanım Barbok onu da xatırladıb ki, bu günlərdə Rusiya XİN-nin başçısı Sergey Lavrovla telefon danışıqları olub və o, söhbətin yekununda həmkarının diqqətinə Moskva ilə “açıq dialoqa” tərəfdar olduğunu çatdırıb.

“Bu, hər iki tərəfin maraqlarına cavab verir və beynəlxalq hüquq və qarşılıqlı hörmət əsasında həyata keçirilməlidir”,- deyən Annalena Berboka görə, Tirqartendəki qətl kimi, bu cür hərəkətlər fikir mübadiləsini çətinləşdirir.

Bu günlərdə Berlin məhkəməsi 2,5 il əvvəl Gürcüstan vətəndaşını öldürən rusiyalını ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə həmçinin prokurorluğun qətlin RF-nin dövlət strukturunun tapşırığı ilə törədilməsinə aid dəlillərlə razılaşıb.

Məsələ ilə bağlı Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev bəyan edib ki, məhkəmənin hökmü “qeyri-obyektiv, siyasi motivlərlə verilmiş qərardır, onsuz da mürəkkəb olan Rusiya-Almaniya münasbətlərini” daha da ağırlaşdıracaq. (reyting.az)

Almaniya iki rus diplomatı “persona non qrata” elan edəcək