Avropa İttifaqı öz tarixində ilk hərbi təlimləri keçirməyi planlaşdırır

Avropa İttifaqı öz tarixində ilk hərbi təlimləri keçirməyi planlaşdırır

Avropa İttifaqı öz tarixində ilk hərbi təlimləri keçirməyi planlaşdırır

Avropa İttifaqı öz tarixində ilk hərbi təlimləri keçirməyi planlaşdırır. Bu barədə Aİ-nin gizli konsepsiyasında yer alan məlumatda bildirilib. Təlimlər 2023-cü il üçün planlaşdırılıb.

Mediaya sızan məxfi sənəddə Aİ-nin dünyagörüşünü inkişaf etdirmək və maraqlarını qorumaq üçün onun hərbi potensialının artırılmasının tələb olunduğu, 2023-cü ildən müntəzəm olaraq hərbi təlimlər, o cümlədən dəniz təlimləri təşkil ediləcəyi bildirilib.

Manevrlər 2025-ci ilə qədər 5 min əsgərin sayına çata biləcək Avropa çevik reaksiya qüvvələrinin yaradılmasına töhfə vermək üçün nəzərdə tutulub.

“Silahlı təcavüz zamanı qarşılıqlı yardımı gücləndirmək üçün müntəzəm təlimlər keçirməyə davam edəcəyik”, - sənəddə vurğulanıb. Bildirilir ki, təşəbbüsün təfərrüatları icmanın XİN və Müdafiə Nazirliyi rəhbərlərinin görüşlərində təqdim olunacaq.

Aİ-nin AB-nin Strateji Kompası adlı ilk təhlükəsizlik konsepsiyasının 2022-ci ilin yazında qəbul ediləcəyi gözlənilir./Oxu.az

Avropa İttifaqı öz tarixində ilk hərbi təlimləri keçirməyi planlaşdırır