Aygün Kazımova: "Biz lap inkubator cücələri kimi..."

Aygün Kazımova: "Biz lap inkubator cücələri kimi..."

Aygün Kazımova: "Biz lap inkubator cücələri kimi..."

Xalq artisti Aygün Kazımova sənət adamlarının bir-birinə bənzəməsindən gileylənib.

Polemika.az xəbər verir ki, "Xəzər" telekanalında yayımlanan “Şourum” proqramında qonaq olan sənətçi bunda estetik cərrahları günahkar bilib:

"Görürəm ki, hamımız bir-birimizə oxşamağa başlamışıq. Hamını hamıya oxşatmayın. O formanı verən, o şəklə salan gözəl, əziz, sevimli doktorlarımız hamını hamıya oxşatmasınlar. Lap inkubator cücələri kimi hamımız... Xanım gəlir ki, istəyirəm belə olum. Xanım və ya bəy bilmir. Bilən qarşısındakı peşəkardır. Həkimlər gərək eyni forma, cizgi, burun, qaş, göz etməsinlər ki, biz də bir-birimizə oxşamayaq".

Sözügedən görüntülərə verilişin 18-ci dəqiqəsindən etibarən baxa bilrsiniz:

 

Aygün Kazımova: "Biz lap inkubator cücələri kimi..."