Mətanət ölmüş ərindən danışdı: "İndi də yanıram" - Video

Mətanət ölmüş ərindən danışdı: "İndi də yanıram"

Mətanət ölmüş ərindən danışdı: "İndi də yanıram" - Video

Əməkdar artist Mətanət İsgəndərli keçmiş həyat yoldaşı barədə danışıb.

Polemika.az xəbər verir ki, ATV telekanalında yayımlanan “1 Dəqiqə” proqramının qonağı olan sənətçi şəxsi həyatı ilə bağlı etiraflar edib:

“10 il sonra ailəm dağıldı. Hətta o, dünyasını dəyişəndə mən elə bildim dünya uçub altında qalmışam. İlahi, o nə hiss idi. İnsan çox qəribə məxluqdur. Mən bilməzdim ki, o qədər yanacam. Düşünürdüm ki, görəsən bu halım keçəcək? O qədər onun üçün yandım ki… İndi də yadıma düşəndə yanıram. Əlbəttə onu sevmişəm, balalarımın atası idi, göz açıb onu görmüşdüm. İndi onun həyat yoldaşı ilə bacı kimiyik. Rəhmətlik yoldaşımın qəbri üstünə onunla birgə gedirik. Onun oğlu mənim evimin ən əziz adamıdır. Oğlu ilə Moskvaya bir yerdə getmişdik. Bir də görürsən Kərimin işi olur, onunla gedirik. Bir otaqda yatırıq, elə bilirəm mənim balamdır”.

Həmin görüntüləri təqdim edirik:

Mətanət ölmüş ərindən danışdı: "İndi də yanıram" - Video