"Bu hərəkətim qazi qardaşlarımızın acığına gəlir" - Kamil Zeynallı + Video

"Bu hərəkətim qazi qardaşlarımızın acığına gəlir" - Kamil Zeynallı

"Bu hərəkətim qazi qardaşlarımızın acığına gəlir" - Kamil Zeynallı + Video

Tez-tez qazi və şəhid ailələrinə yardımları ilə gündəmə gələn fitness məşqçisi Kamil Zeynallı yeni görüntülərini izləyiciləri ilə bölüşüb.

Polemika.az xəbər verir ki, o, Vətən Müharibəsində ağır yaralanmış Cahangir Əliyevlə görüntülərini sosial şəbəkə hesabında paylaşıb. İdmançı bu tip videoları nümunə olmaq üçün paylaşdığını bildirib:

“Elə videolar var ki, nümunə olsun, sizlər də edəsiniz deyə paylaşıram. Bu videomu masamızdakı dostum məndən xəbərsiz çəkib. Vallah, mən bu videonu sonradan izlədim, öz hərəkətim özümə xoş oldu. Mən burada Cahangirə xidmət edirəm, necə ki, bizi, ailəmizi qorumaq üçün xidmət etdi və qazi oldu. Cahangir kimi qazilərə xidmət etmək, onların qulluğunda dayanmaq növbəsi indi bizlərindir. Mən Cahangirlə və digər qazilərimlə fəxr edirəm. Cahangirin anası qazi olandan sonra onu ilk dəfə özü yanında olmadan harasa göndərmişdi. O, mənə arxayın oldu, oğlunu mənimlə göndərdi. Bildi ki, əmanətə sadiq insanam, Cahangirə gözüm kimi baxdım sonra da evə yola saldım. Bu mənim borcumdur və borcumu sevə-sevə yerinə yetirirəm. Xahiş edirəm, bu videonu göstəriş kimi qəbul etməyin, nümunə kimi baxın və yeri gələndə sizlər də edin. Qazilərin kefi-əhvalı yaxşı olsun deyə onların yanında yaxşı mənada hər cür gülməli hərəkəti edirəm ki, az da olsa ağrıdan, acıdan uzaq olub gülsünlər”.

K.Zeynallı bəzi qazilərin ondan incidiyini qeyd edib:

“Mən qazilərimizi bu cür məclislərə aparanda və göstərəndə bəzi qazi qardaşlarımızın acığına gəlir ki, qazi təkcə bunlar deyil axı, həmişə Kamil bunlarla olur, hər yerə birlikdə gedirlər və s. Bu kimi söhbətlər gəlib mənə çatır. Əziz, dəyərli qazi qardaşlarım, mən hərkəsə çatdıra bilmərəm, hamınız mənim üçün əzizsiniz, mən hamınızla fəxr edirəm. İnciməyin məndən, xahiş edirəm. Mən bu cür videoları paylaşıram ki, rayonda yaşayan bəzi imkanlı şəxslər də görüb sizlərə diqqət göstərsinlər. Hamı məndən gözləyir, hamı məndən inciyir. Mən təkəm, çatdıra bilmirəm. Xahiş edirəm, məni düzgün başa düşün…”

Həmin görüntüləri təqdim edirik:

"Bu hərəkətim qazi qardaşlarımızın acığına gəlir" - Kamil Zeynallı + Video