"Ermənilərin görüşünə gedirsən? Niyə gedirsən ki?" - Deputatdan tərs suallar

"Ermənilərin görüşünə gedirsən? Niyə gedirsən ki?"

"Ermənilərin görüşünə gedirsən? Niyə gedirsən ki?" - Deputatdan tərs suallar

“Bu məsələyə yanaşmada hər kəsin özünəməxsus mövqeyi var və bu mövqeyə görə, təbii ki, mən heç kimi nə qınayır, nə də irad tuturam. Bu məsələni hərə bir cür fikirləşir və hərənin öz mövqeyi var, hərə də öz mövqeyində özünü haqlı hesab edir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov bildirib.

O, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın “Ermənilərlə görüşlər keçirilə bilər” fikrin i şərh edib.

Deputat qeyd edib ki, onu bu məsələdə öz mövqeyi var:

“Son 25 ildən çox bir müddətdə bu mövqeyi dəyişməmişəm. Bu illər ərzində hamımız şahidi olduq ki, 1990-cı illərdə “xalq diplomatiyası” adı altında bir neçə nəfər ortaya düşüb. Sonra 2000-ci illərdə də “ziyalıların görüşü” adı altında bir neçə görüş, İrəvan və Bakıya get-gəllər olub. Guya bundan bir nəticə hasil olacaq. Ancaq reallıq nəyi göstərdi? Reallıq göstərdi ki,belə yanaşmalarla məsələ həll olunmur. Məsələ hüquqi müstəvidə, eləcə də siyasi və hərbi arenada həll olunur. Kim getdi, kimlə görüşdü, nə söhbət etdi-etmədi, bununla heç bir məsələ həll olmur və heç kimin nə fikri, nə də əqidəsi dəyişir.

O ki qaldı Qarabağ və yaxud Ermənistan ermənilərinə, burada mən yenə də öz mövqeyimi dilə gətirmək istəyirəm. Bizə qarşı həmişə ən qəddar və barışmaz mövqedə olanlar Qarabağda yaşayan ermənilər olub. Bu, dünən də belə idi, bu gün də belədir və gələcəkdə də belə olacaq. Yəni bunlar nankor, xəyanətkar, çörəkitirən və bizə qarşı qəddar düşmənçilik mövqeyində olan kəslərdir”.

Həmsöhbətimiz gələcəkdə keçirilə bilən görüşlərin heç bir əhəmiyyət kəsb etməyəcəyini vurğulayıb:

“Mənə maraqlıdır ki, onların nəyi ilə görüşəcək və görüşüb hansı məsələni həll etmək fikrindədirlər? Onlar 30 ildən çoxdur bizi ev-eşiyimizdən didərgin salıb, soyqırımı və kütləvi qırğınlar törədiblər. Bu gün də ev-eşiyimizdə, bizim doğma yurdumuzda separatçı qurumlarıyla yaşayırlar. Sizcə, bunlarla görüşməyə dəyər? Yox! Bunlarla ancaq 44 günlük müharibədə danışdığımız dillə danışmaq lazımdır. Bunlar əvvəlkilər kimi ağ bayraq qaldırıb, qarşımızda diz çöküb təslim, qanunlarımıza tabe olub, bayrağımızın altından keçib, Konstitusiyamızı və vətəndaşlığımızı qəbul edəndən sonra baxarıq, cinayət törətməyiblərsə, orada qalıb yaşaya bilərlər, ya yox...

O vaxtı da demişdim ki, mənə qarşı soyqırımı törədib, torpağımı işğal edənin görüşünə gedirsən? Niyə gedirsən ki? Bu, cinayətkardır! İndi də gedib ona deyəcəksən ki, yaxşı etmisən?! Şəxsi mövqeyim belədir və işğaldan azad etdiyimiz ərazilər kimi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Xocalımızı da, Xankəndimizi də, bütün Qarabağı separatçı cinayətkarlardan təmizləyəcəyik. Ondan sonra qanunlarımıza tabe olanlar, cinayətkar olmayanlar, əvvəldən orada yaşayanlar, qanun çərçivəsində qalıb yaşayacaq, qalanları əcnəbi vətəndaş kimi ölkəmi tərk edəcək”, - deyə millət vəkili yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

"Ermənilərin görüşünə gedirsən? Niyə gedirsən ki?" - Deputatdan tərs suallar