Minsk qrupunun həmsədrlərindən biri dəyişdi

Minsk qrupunun həmsədrlərindən biri dəyişdi

Minsk qrupunun həmsədrlərindən biri dəyişdi

Bris Rokfeyl ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri təyin edilib.

Polemika.az Modern.az-a istinadla xəbər verir ki, bu barədə Fransa hökumətinin saytında bildirilib.

Rokfeyl bu vəzifədə 2016-cı ilin oktyabrından vasitəçi kimi fəaliyyət göstərən Stefan Viskontini əvəz edəcək.

Rokfeyl yeni təyinatdan əvvəl Fransanın Özbəkistanda və Panamadakı səfiri, Rio-de-Janeyrodakı baş konsulu olub. 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.

Xatırladaq ki, bu ilin iyulunda Rusiya da ATƏT-in Minsk Qrupunda həmsədrini dəyişib. İqor Popovun yerinə bu vəzifəni İqor Xovayev tutub.

Beləliklə, bundan sonra ATƏT-in Minsk Qrupuna həmsədrliyi İqor Xovayev (Rusiya), Bris Rokfeyl (Fransa) və Endryu Şofer (ABŞ) həyata keçirəcək. 

Minsk qrupunun həmsədrlərindən biri dəyişdi