44 günlük müharibə iştirakçılarının amnistiyası - Erməni nəşrinin sensasiyası

44 günlük müharibə iştirakçılarının amnistiyası - Erməni nəşrinin sensasiyası

44 günlük müharibə iştirakçılarının amnistiyası - Erməni nəşrinin sensasiyası

Ermənistan İstintaq Komitəsinin təklif etdiyi “Amnistiya haqqında” qanun layihəsi geri götürülüb.

Polemika.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək qeyd edib:

"Layihəyə əsasən, hökumət 44 günlük müharibədə iştirak etmiş və barələrində cinayət işi açılmış vətəndaşları amnistiyaya cəlb etməyi nəzərdə tuturdu.

“Amnistiya haqqında” qanun layihəsinin nə üçün, kimin göstərişi ilə, hansı siyasi məqsədlə edildiyi bəlli deyil. İstintaq Komitəsinin təklif etdiyi layihədə deyilir ki, amnistiya müharibə başlayana qədər (sentyabrın 26-sı daxil olmaqla hərbi xidmətlə bağlı cinayət döyüş əməliyyatları başa çatdıqdan sonra (9 noyabr) və martın 24-dək) az və orta ağır cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya məhkum olunmuş şəxslərə, habelə cinayət törətməkdə təqsirli bilinən şəxslərə şamil ediləcək".

"44 günlük müharibə faktları üzrə prokurorluq 1600-dən çox cinayət işi açıb”, - deyə sonda "Joxovurd" qeyd edib.

44 günlük müharibə iştirakçılarının amnistiyası - Erməni nəşrinin sensasiyası