"Koronavirus insanlara heyvanlardan keçib" - Adil Qeybulla

"Koronavirus insanlara heyvanlardan keçib"

"Koronavirus insanlara heyvanlardan keçib" - Adil Qeybulla

ABŞ alimləri COVID-19-un maral və digər həssas vəhşi təbiət növləri arasında yayılmasını izləmək və potensial əks-reaksiyanı azaltmaq üçün üsullar tətbiq etmək məqsədilə təcili olaraq nəzarət proqramlarının həyata keçirilməsini təklif edib.

Bu təklifdən sonra Penn State Universiteti Ayova ştatında marallardan toplanmış 300-ə yaxın nümunə araşdırılıb. Nümunələrdən 80%-nin testi pozitiv olub.

Maraqlıdır, heyvanlar həqiqətən virus mənbəyi ola bilərmi?

Polemika.az-a açıqlamasında tibb elmləri namizədi, professor Adil Qeybulla virusların transfer etməsinin doğru məlumat olduğunu bildirib:

“Virusların transfer etmə məsələsi doğrudur. Koronavirus keçən əsrin 60-cı illərində məhz heyvanlardan insanlara transfer edib. O, zooantropatik virusdur.

İnsanların sayı gündən-günə artır, sayları artdıqca flora və faunanı məhv edirlər, bu təmas nəticəsində virusların insanlara keçməsi ilə müşahidə olunur.

Ümumən heyvanlardan insanlara virus keçməsi mümkündür, hər zaman ehtiyatlı olmalıyıq”.

Mehri QURBAN

 

"Koronavirus insanlara heyvanlardan keçib" - Adil Qeybulla