İran səfirliyindən Azərbaycana qarşı diplomatik təhqir

İran səfirliyindən Azərbaycana qarşı diplomatik təhqir

İran səfirliyindən Azərbaycana qarşı diplomatik təhqir

İranın Azərbaycandakı səfirliyi ölkənin rəsmi adı ilə bağlı “Azərbaycan” əvəzinə “Bakı” adından istifadə etməkdə israr edir.

“Polemika.az” xəbər verir ki, bu haqda məlumatı "Azad İran" Telegram kanalı yayıb. Kanal bildirir ki, İslam Respublikasının müxtəlif ölkələrdəki səfirliklərinin Twitter səhifələrində səfirliyin olduğu ölkənin adından istifadə edildiyi halda, İranın Azərbaycandakı səfirliyi isə öz Twitter hesabında “İranın Bakıdakı səfirliyi” ifadəsini işlədir.

Azərbaycan istisna olmaqla, İslam Respublikasının Ermənistandakı səfirliyinin Twitter səhifələri “İranın Ermənistandakı səfirliyi”, Gürcüstanda “İranın Gürcüstandakı səfirliyi” və Türkiyədə “İranın Türkiyədəki səfirliyi” və s. adı ilə fəaliyyət göstərir. 

Habelə Azərbaycandan başqa, İranın digər ölkələr üzrə səfirliyinin Twitter səhifələrində də İran bayrağı ilə yanaşı həmin ölkələrin dövlət bayraqları da nümayiş etdirilir. İranın yeganə həssaslığı isə Azərbaycanın müqəddəs bayrağıdır.

Azərbaycanın müqəddəs bayrağını təhqir etmək, Azərbaycan Respublikasını “Bakı” adlandırmaq İslam Respublikasının müxtəlif sahələrdə, xüsusən də mətbuatda, radio və televiziyada daim özünü göstərən siyasi doktrinasıdır.

Rəsmi Tehranın Qərbi və Şərqi Azərbaycan əyalətlərini “Şərqi və Qərbi A.” adlandırmasını, İranda Qarabağa dəstək aksiyalarına icazə verməməsini, amma bəslədiyi ermənilərin İranda türklərə qarşı aksiya keçirmələrinə göz yummasını və türklərlə düşmənçiliklərini müxtəlif yollarla sübut etməsini nəzərə alaraq, İran hökumətindən bundan artıq heç nə gözləməyə dəyməz. Əgər Azərbaycanın Tehrandakı səfirliyi belə bir addıma əl atsaydı, Tehran rəsmiləri və onların paniranist (İranşəhri) dostları qışqırıb fəryad edəcəkdilər.

 

İran səfirliyindən Azərbaycana qarşı diplomatik təhqir