Binalara qanunsuz artırmalar təhlükə mənbəyidir - Açıqlama

Binalara qanunsuz artırmalar təhlükə mənbəyidir - Açıqlama

Binalara qanunsuz artırmalar təhlükə mənbəyidir - Açıqlama

Çoxmənzilli binalara artırmalar artıq illərdir ki ənənə halını alıb. Bu artırmalar zamanı binalarda əlavə yüklənmələr və müəyyən konstruksiya dəyişiklikləri baş verir.

Polemika.az xəbər verir ki, bunu əmlak eksperti Ramil Osmanlı bildirib.

O qeyd edib ki, binalara artırılan hissələrin müvafiq tikinti normlarına uyğun olmaması ilə bağlı narahatçılıqlar həddən artıq çoxdur:

“Lakin buna baxmayaraq bu prosses köhnə mənzil fonunda daha çox müşahidə olunur. Ən aktual mövzulardan biri isə xüsusilə zirzəmi və birinci mərtəbələrin qeyri-yaşayış sahəsinə çevrilməsi zamanı binaların əsas dayaq sütunlarının, yük götürən divarlarının söküntüsünə, onların ölçülərinin dəyişdirilməsinə rast gəlinir. Bu da olduqca təhlükəli tendensiyadır.”

Ekspert həmçinin bildirib ki, bu kimi artırmalar gələcəkdə binalarda qəzalı vəziyyətin yaranmasına səbəb ola bilər:

“Hər hansı bir zəlzələ halında artırılma olunan binaların uçma təhlükəsi yarana bilər. Artıq paytaxtda mənzil fondunun yenilənməsindən sonra bu tendensiyalar qismən aradan qalxıb. Lakin köhnə binalarda vəziyyət hələ də eyni qalır”./Trend

Binalara qanunsuz artırmalar təhlükə mənbəyidir - Açıqlama