Oqtay kaynarca məşhur serialın bitdiyini təsdiqlədi

Oqtay kaynarca məşhur serialın bitdiyini təsdiqlədi

Oqtay kaynarca məşhur serialın bitdiyini təsdiqlədi

Türkiyənin məşhur seriallarından olan "Eşkiya dünyaya hükmdar olmaz" yayımını dayandırıb.

Polemika.az xəbər verir ki, serialın baş rol ifaçısı Oqtay Kaynarca sosial media hesabında serialın bitməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib.

"Yeddi il birlikdə yol getdiyim, bir çox rekordları, uğuru, xoşbəxtliyi, ağrını, sevinci birlikdə yaşadığım "Eşkiya dünyaya hükmdar olmaz" komandasının böyükdən kiçiyinə bütün dostlarıma, keçən dövrdə yaşanan bütün mənfiliklərə qarşı dayanışınıza, etik münasibətinizə, iş nizam-intizamınıza və yaşadığınız hər şeyə baxmayaraq, səbrinizə görə sizi ürəklərinizdən öpürəm. Əllərinizə və qəlblərinizə sağlıq. Bəzən söz bitər, yol bitər, səyahət bitər, amma hər son bir başlanğıcdır. Sağ olun!" - aktyor qeyd edib.

Qeyd edək ki, Türkiyənin ATV kanalı ilə serialın kadr heyəti arasında yaranan gərginlik səbəbindən məşhur serial yayımını dayandırıb.

Oqtay kaynarca məşhur serialın bitdiyini təsdiqlədi