2 güləşçimiz yarımfinala yüksəldi

2 güləşçimiz yarımfinala yüksəldi

2 güləşçimiz yarımfinala yüksəldi

Bu gün U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə start verilib.

Polemika.az xəbər verir ki, bu gün 4 güləşçimiz mübarizəyə başlayıb onlardan 2-si yarımfinala yüksəlib.

Zirəddin Bayramov (65 kq) bolqar Stilyan İliyevi tam üstünlüklə məğlub edib. Daha sonra o, türkiyəli Hamza Alacana qalib gəlib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək.

Murad Yevloyev (70 kq) isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələyib - 4:4. Ancaq o, 1/4 finalda bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyəu uduzub.

İslam İlyasov (97 kq) gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda macar Riçard Veqlə qarşılaşacaq.

2 güləşçimiz yarımfinala yüksəldi