Çempionlar Liqasında qrup oyunları - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup oyunları - NƏTİCƏLƏR

Çempionlar Liqasında qrup oyunları - NƏTİCƏLƏR

Oktyabrın 2-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 6 qarşılaşması keçirilib.

Polemika.az xəbər verir ki, gecənin ən məhsuldar görüşü E qrupunda yer alan Almaniyanın “Bavariya” və “Benfika” komandaların arasında qeydə alınıb. Qarşılaşma Münhen təmsilçilərin 5:2 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Bu qələbə sayəsində “Bavariya” vaxtından əvvəl pley-off mərhələsinə vəsiqə qazanıb.

H qrupunda "Yuventus" İtaliyada Rusiyanın "Zenit" klubunu qəbul edib. Altı qol qeydə alındığı görüşdə “Yuventus” üstün olub - 4:2. İtaliya klubu pley-off mərhələsinə vəsiqə qazanıb.

Dünənki oyunların nəticələrini təqdim edirik:

E qrupu

“Dinamo Kiyev” (Ukrayna) – “Barselona” (İspaniya) - 0:1;

“Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) - 5:2.

Qrupdakı vəziyyət: “Bavariya”- 12, “Barselona” - 6, “Benfika”- 4, “Dinamo Kiyev” - 1.

F qrupu

“Vilyarreal” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) - 2:0;

“Atalanta” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - 2:2.

Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 7, “Vilyarreal” - 7, “Atalanta” - 5, “Yanq Boyz” - 3.

G qrupu

“Volfsburq” (Almaniya) – “Zaltsburq” (Avstriya) - 2:1;

“Sevilya” (İspaniya) – “Lill” (Fransa) - 1:2.

Qrupdakı vəziyyət: “Zaltsburq” - 7, “Lill” - 5, “Volfsburq” - 5, “Sevilya” - 3.

H qrupu

“Malmö” (İsveç) – “Çelsi” (İngiltərə) - 0:1;

“Yuventus” (İtaliya) – “Zenit” (Rusiya) - 4:2.

Qrupdakı vəziyyət: “Yuventus” - 12, “Çelsi” - 9, “Zenit” - 3, “Malmö” - 0.

Qrup mərhələsinin dördüncü turunun digər səkkiz oyunu noyabrın 3-də keçiriləcək. 

Çempionlar Liqasında qrup oyunları - NƏTİCƏLƏR