“Müharibəni dayandırmaq üçün dəridən-qabıqdan çıxırıq” - Ərdoğan

“Müharibəni dayandırmaq üçün dəridən-qabıqdan çıxırıq”

“Müharibəni dayandırmaq üçün dəridən-qabıqdan çıxırıq” - Ərdoğan

Ukraynadakı yanğına benzin atmağın mənası yoxdur, bunun faydası da olmayacaq.  

Polemika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılışında deyib. 

“Biz Türkiyə olaraq müharibənin dayanması, silahların susması üçün dəridən-qabıqdan çıxırıq. Bunun üçün planlarımız var. Əlimizdən gələn bütün işləri görməyə davam edəcəyik. Bu müharibədən iştirak etməyən ölkələr də zərər görür. Bu müharibə dərhal dayanmalıdır ki, çox adam zərər görməsin”,- Ərdoğan bildib.

Bundan əlavə, Türkiyə lideri beynəlxalq təşkilatları sərt şəkildə tənqid edib: "Eyni haqsızlıqları biz də yaşamışıq. Beynəlxalq təşkilatlarda əlini qaldır, endir, bunun kimə xeyiri var? Əsas güc daimi üzv olan beş ölkədədir. Beş ölkənin çıxarlarına uyğun deyil deyə, dünyada bu qədər insan ölür. Buna qarşı birlik yaradılmalıdır, dünyada yeni diplomatiyaya ehtiyac var”. \Modern.az

 

 

“Müharibəni dayandırmaq üçün dəridən-qabıqdan çıxırıq” - Ərdoğan