"2 ay sonra navə sazişinə dair razılaşma əldə olunacaq" - İranlı deputat

"2 ay sonra navə sazişinə dair razılaşma əldə olunacaq" - İranlı deputat

"2 ay sonra navə sazişinə dair razılaşma əldə olunacaq" - İranlı deputat

"Hicri-şəmsi ilin sonuna qədər (21 mart 2022-ci il - red.) Vyana danışıqlarına dair razılaşma əldə olunacaq".

Polemika.az "Khabaronline"a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Mahmud Abbaszadə Meşkini deyib.

O bildirib: “Qərb, xüsusən də amerikalılar pis sövdələşmələr tətbiq etmək istəsələr də, yaxşı və qazanclı razılaşmasına nail olmaq mümkündür”.

Mahmud Abbaszadə Meşkini izah edir: “Qərblilərin özlərinin dediyinə görə, biz sanksiyalar mərhələsini keçmişik və danışıqlarda oynamaq üçün yaxşı və qızıl kartlarımız var. Danışıqlar pis getmir.  Hicri-şəmsi 1400-cü ilin sonuna qədər razılığa gələcəyik və nüvə sahəsində saziş əldə olunacaq. Hazırda təşəbbüs bizdədir və danışıqları biz idarə edirik”.

 

"2 ay sonra navə sazişinə dair razılaşma əldə olunacaq" - İranlı deputat