Bolqarıstanda paralel seçkilər keçirilir

Bolqarıstanda paralel seçkilər keçirilir

Bolqarıstanda paralel seçkilər keçirilir

Bu gün Bolqarıstanda prezident və parlament seçkiləri keçirilir.

Polemika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, ölkə 11.874 seçki məntəqəsi ilə 31 seçki dairəsinə (digəri xaricdə səs verən vətəndaşlar üçün) bölünüb.

Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış seçicilərin ümumi sayı isə 6,6 milyon nəfərdir.

Bu il sayca üçüncü olan parlament seçkilərində 27 partiya iştirak edir və 4 faizlik baryeri keçənlər parlamentə keçəcək.

Səslərin 20-25 faizinə arxalana bilən “Vətəndaşlar Bolqarıstanın Avropa İnkişafı Uğrunda” (GERB) və Demokratik Qüvvələr İttifaqının sağçı koalisiyası şanslı hesab olunur. Lakin on ildən artıqdır ki, hakimiyyətdə olan GERB ətrafında korrupsiya qalmaqalları (fasilələrlə) onun iştirakı ilə koalisiya hökumətinin yaradılması imkanını praktiki olaraq istisna edir.

Koalisiyanı dərin islahatları müdafiə edən qondarma “etiraz partiyaları” yarada bilər. 

Paralel olaraq Bolqarıstanda prezident seçkilərində 23 namizəd var. Seçki sorğuları hazırkı prezident Rumen Radevə üstünlük verib, lakin onun ilk turda qalib gəlmə ehtimalı azdır.

Bolqarıstanda paralel seçkilər keçirilir