Erikssen Premyer Liqaya qayıdır

Erikssen Premyer Liqaya qayıdır

Erikssen Premyer Liqaya qayıdır

"İnter"in sabiq futbolçusu Kristian Erikssen yenidən İngiltərədə çıxış edəcək.

Polemika.az "The Mirror"a istinadən xəbər verir ki, danimarkalı yarımmüdafiəçi "Brenford"la razılaşıb. Premyer Liqa təmsilçisinin tezliklə Erikssenlə müqavilə imzalayacağı bildirilib.

Xatırladaq ki, Erikssenin ötən il iyunun 12-də Danimarkanın Finlandiyaya 0:1 hesabı ilə uduzduğu Avropa çempionatının qrup mərhələsinin 1-ci tur oyunu zamanı ürəyi tutub.

Bundan sonra təcrübəli yarımmüdafiəçinin ürəyində kardioverter-defibrillyator quraşdırılıb. O vaxtdan Erikssen rəsmi matçlarda bir daha meydana çıxmayıb.

Danimarkalının son klubu "İnter" olub və ötən ay A seriyası təmsilçisindən ayrıldığını açıqlayıb.

Erikssen Premyer Liqaya qayıdır