“Əvvəllər zorla maska taxırdılarsa, indi elə deyil...” – Məktəblər bağlansın? 

“Əvvəllər zorla maska taxırdılarsa, indi elə deyil...” – Məktəblər bağlansın? 

“Əvvəllər zorla maska taxırdılarsa, indi elə deyil...” – Məktəblər bağlansın? 

Son günlər ölkədə Omikron virusuna yoluxanların sayı artıb. Bu orta məktəblərdən də yan keçmədi. Müəllimlər və şagirdlər arasında  yoluxanların sayında artımlar müşahidə olundu. Bu səbəbdən məktəblərin bağlanması gündəmə gəlib. Belə müzakirələr gedir ki, bizə xəstə dahi yox, sağlam dəli lazımdır.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov Polemika.az-a açıqlamasında deyib ki, yoluxanların sayı sürətlə artarsa, bunun qarşısını almaq lazımdır:

“Mənə elə gəlir ki, əgər yoluxanların sayı sürətlə artarsa, bunun qarşısını almaq lazımdır. Güman edirəm ki, dəli məsələsi yerində işlədilməyib. Çünki ən azı onlayn dərslər keçirilib. Burada mənim fikrim həlledici ola bilməz. Çünki mütəxəssis deyiləm. Və xəstəliyin necə yayılmasını bilmirəm”.

Professorun sözlərinə görə, 5-10 il bizim şagirdlərimiz məktəbə getməsə, onlar sağlam dəli ola bilərlər:

“Şübhəsiz gənclərimizin, uşaqlarımızın sağlamlığının qayğısına qalmalıyıq. Bu bizim valideyn, müəllim kimi borcumuzdur. Bu səbəbdən qərargahın qərarlarına diqqət yetirib, nəzərə almalıyıq.

5-10 il bizim şagirdlərimiz məktəbə getməsə, onlar sağlam dəli ola bilərlər. Bu müvəqqəti olan bir şeydir. Artıq əvvəlki vəziyyət də deyil. Xəstəlik haqqında əvvəllər çox az məlumata malik idik. İndi kifayət qədər məlumatımız var. Əvvəllər zorla maska taxırdılarsa, indi elə deyil. Biz bir qədər həyat tərzimizdə də dəyişiklik etməliyik. Əhali çox olan yerlərə getməkdən imtina etmək lazımdır. Çünki bu xəstəlik zarafatı sevmir. Bir balaca çoxalan kimi zərbəni vurur”.

Nəzrin Vahid

“Əvvəllər zorla maska taxırdılarsa, indi elə deyil...” – Məktəblər bağlansın?