"Rəsmi Bakı Tehranın istəklərini nəzərə almalıdır" - Abbas Müqtədai

"Rəsmi Bakı Tehranın istəklərini nəzərə almalıdır" - Abbas Müqtədai

"Rəsmi Bakı Tehranın istəklərini nəzərə almalıdır" - Abbas Müqtədai

"İran Azərbaycan Respublikasına açıq şəkildə bildirib ki, sionist rejimin (İsrail - red.) öz sərhədləri yaxınlığında mövcudluğuna icazə verməyəcək, lakin ümumən sərhədlərimizdə sabit vəziyyət hökm sürür".

Polemika.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Kommissiyasının sədr müavini Abbas Müqtədai deyib.

O, İran və Azərbaycan Respublikası arasındakı gərginliyi şərh edib:

"İndi aydın olan budur ki, İran İslam Respublikası öz sərhədlərini sülh və dostluq sərhədləri kimi təqdim edir, lakin eyni zamanda, ən yüksək səviyyədə hərbi, təhlükəsizlik və kəşfiyyat mövcudluğu var. İslam Respublikası təhlükəsiz bölgə istəyir və bu təhlükəsizlik region ölkələrinin müsbət iştirakı, sionist rejimin və ya digər qeyri-regional ölkənin bölgəyə gəlişi, ölkələr arasında fitnə-fəsad törətmə və təfriqə salması ilə təmin oluna bilməz”.

Abbas Müqtədai qeyd edib:

"İran Azərbaycan Respublikasına açıq şəkildə bəyan edib ki, sionist rejimin öz sərhədləri yaxınlığında olmasına icazə verməyəcək və biz bu ismarışı Bakı rəsmilərinə çatdırdıq. Bu mesaj diplomatik kanallarla ötürülüb. İslam Respublikasının həyata keçirdiyi hərbi manevrlər isə monitorinqi məqsədli olub".

Müqtədai əlavə edib: “Azərbaycanın dost və qonşu ölkəsi olaraq vurğulayırıq ki, bu ölkə ilə ikitərəfli əlaqələri dərinləşdirmək üçün bütün lazımi vasitələrdən istifadə edəcəyik, lakin Azərbaycan Respublikası İslam Respublikasının mülahizələrini də nəzərə almalıdır. İran sadəcə mehriban qonşuluq istəyir".

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini qeyd edib:

"Komissiya üzvləri ötən həftə ölkənin şimal-qərb sərhədlərinə səfər edib və səfərin nəticələrinə dair hesabat Ali Milli Təhlükəsizlik Şurasına təqdim olunub. Hesabatın müddəaları gələcək qərarlarda nəzərə alınacaq".

"Rəsmi Bakı Tehranın istəklərini nəzərə almalıdır" - Abbas Müqtədai