Hafiz Hacıyevin səhhəti necədir? - Müavinindən açıqlama

Hafiz Hacıyevin səhhəti necədir?

Hafiz Hacıyevin səhhəti necədir? - Müavinindən açıqlama

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti ağır olaraq qalır.

Polemika.az xəbər verir ki, koronavirusa yoluxduğu üçün bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin hospitalına yerləşdirilən siyasətçinin sağlıq dirumunda heç bir irəliləyiş yoxdur. Onu süni nəfəs aparatından ayırsalar da, hələki danışa, ətrafdakı insanlarla təmas qura bilmir.

Müasir Müsavat Partiyasının sədr müavini Gülər Əhmədova bizimlə söhbət zamanı bu məlumatları təsdiq edib:

“Təəssüf ki, heç bir irəliyəyiş yoxdur. Vəziyyəti ağır olaraq qalmaqda davam edir.”

Ayzel

 

Hafiz Hacıyevin səhhəti necədir? - Müavinindən açıqlama