Ərazilərin bərpasında iştirak üçün İran şirkətlərindən müraciətlər daxil olub

Ərazilərin bərpasında iştirak üçün İran şirkətlərindən müraciətlər daxil olub

Ərazilərin bərpasında iştirak üçün İran şirkətlərindən müraciətlər daxil olub

İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək üçün İran şirkətlərindən müraciətlər daxil olub. Hazırda İranın dövlət və özəl şirkətləri tərəfindən Qarabağ bölgəsində həyata keçirilməsi üçün layihələr təklif edilir. Bəzi layihələrin icrasına yaxın zamanlarda başlanılacaq.

“Polemika.az” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra təşkil olunan brifinqdə deyib.

Nazir bildirib ki, İran şirkətlərinin təcrübəsi, bu bölgəyə yaxın olması onlara üstünlük verir.

“Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının birgə istifadəsi məsələsinə toxunan C.Bayramov onların Araz çayı üzərində, sərhəddə yerləşməsinin hər iki ölkəyə xeyir verəcəyini diqqətə çatdırıb.

Ərazilərin bərpasında iştirak üçün İran şirkətlərindən müraciətlər daxil olub