Saakaşvilinin vəziyyəti ağırlaşdı: Yaxın saatlarda...

Saakaşvilinin vəziyyəti ağırlaşdı:

Saakaşvilinin vəziyyəti ağırlaşdı: Yaxın saatlarda...

Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur.

Polemika.az gürcü KİV-ə istinadla xəbər verir ki, bu barədə ona baş çəkən həkimlərdən biri - Zurab Pağava jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, siyasətçinin hazırkı vəziyyəti narahatlıq doğurmasa da, gələcək ağırlaşmaların qarşısını almaq üçün onun klinikaya yerləşdirilməsi məsləhət görülür:

“Xəstəxanaya təcili yerləşdirilmə tələb olunmur. Lakin Mixeil Saakaşvilinin sağlamlıq durumunun həkimlərin nəzarəti altında saxlanılması məsləhət görülür. Onun vəziyyətində yaxın saatlarda, günlərdə ciddi ağırlaşmalar yarana bilər”.

Rafi Müslümov 

 

 

Saakaşvilinin vəziyyəti ağırlaşdı: Yaxın saatlarda...