Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - Xanımı danışdı

Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - Xanımı danışdı

Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - Xanımı danışdı

Fevralın 19-da Əməkdar artist, mərhum Novruz Qartalın 40 mərasimi keçirilib. Amma aktyorun işlədiyi Musiqili Teatrdan bir adam da mərhumun mərasimə qatılmayıb.

Polemika.az xəbər verir ki, bu barədə qaynarinfo-ya aktyorun xanımı Zərqələm Əliyeva məlumat verib.

O bunu Novruz Qartalın sənətinə hörmətsizlik kimi dəyərləndirib:

"Teatrdan bir neçə gün qabaq zəng edib kollektivin mərasimdə iştirak edəcəyini bildirdilər. Mən də hazırlıq gördüm, amma o boyda teatrdan bir adam Novruzun sənətini qiymətləndirmədi, heç biri mərasimə gəlmədi. Elə bil ürəyimə dammışdı. Zəng edib maraqlananda dedilər ki, rəhbərlik Gəncəyə getmək üçün avtobus təşkil edib, amma kollektivin biri də gələməyib. Bu sözlərlə rəhbərliyi müdafiə edirlər. Rəhbərlik avtobus təşkil edirsə, kimin nə ixtiyarı var ona etiraz etsin? Ayıbdır. Bu çətin zamanda adamı xərcə salarlar? Sizə yalvaran yoxdur ki! Nə deyin, nə də gəlin".

Zərqələm Əliyeva Novruz Qartalın qəbirüstü abidəsinin hazır olduğunu bildirib:

"Qohum, dost-tanış getdik, ziyarət etdik. Teatrın Novruza olan münasibətini bütün Gəncə gördü. Bir adam qəbrinin üstünə gəlmədi. Novruza Xalq artisti fəxri adını, evini verdirmədin, onun haqqını yediniz. Əmin olun ki, bunun cavabını verəcəksiniz. Teatrın direktoru Əliqismət Lalayev Novruz öləndən bir dəfə də olsun qapımdan girərək başsağlığı verməyib. 7 günü gəlib camaatla oturub, ordan da çıxıb gedib. Məni çağırıb demədi ki, ömrünü bu teatrda qoyan aktyora Allah rəhmət eləsin. Neyləyib, Novruz sənə? Ondan nəyin qisasını alırsan? Buna görə cavab verəcəksiniz".

Əməkdar artistin 40 mərasiminə teatrdan bir nəfər də gəlmədi - Xanımı danışdı