Xatun yeni yaşını qəbirstanlıqda qarşıladı – Fotolar

Xatun yeni yaşını qəbirstanlıqda qarşıladı – Fotolar

Xatun yeni yaşını qəbirstanlıqda qarşıladı – Fotolar

Müğənni Xatun doğum gününü qəbirstanlıqda keçirib.

Polemika.az xəbər verir ki, bir müddət əvvəl stilist qardaşı Balaşı vaxtsız itirən Xatun yeni yaşını məzar başında qarşılayıb.

Həmin görüntüləri sosial şəbəkə hesabında paylaşan müğənni qeyd edib:

"Balaşsız ilk doğum günüm idi. Bu günümü də hər günkü kimi onun yanında keçirmək istədim. Çox çətindir, onsuz xoş heç nə hiss edə bilmirəm. Əlim açılmır, üzüm gülmür. Dünyada baş verən heç nəyin fərqi yoxdur mənim üçün. Hər şeydə onun yoxluğunu görürəm, acısını hiss edirəm. Onun yoxluğunun ağrısı hər şeyi üstələyir.

Dünəndən aldığım bütün təbriklər üçün hamıya ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Paylaşımlara, təbriklərə geri dönüş edə bilmədiyim üçün ümid edirəm heç kim məndən inciməz, anlayış göstərər. Bu günə kimi bütün özəl günlərimi Balaşımla bir yerdə keçirmişik, indi onsuz keçən hər gün məni incidir. Hər kəs çox sağ olsun, var olsun, diqqətiniz mənim üçün doğrudan da önəmlidir. Allah heç kimi əzizindən, doğmasından ayırmasın. Günlərinizin, sevdiklərinizin qədrini bilin".

Xatun yeni yaşını qəbirstanlıqda qarşıladı – Fotolar