Van Qoqun tablosu fantastik məbləğə satıldı

Van Qoqun tablosu fantastik məbləğə satıldı

Van Qoqun tablosu fantastik məbləğə satıldı

Vinsent Van Qoqun "Xırman" tablosu Nyu-Yorkdakı "Christie's" hərracında 35,9 milyon dollara satılıb.

Polemika.az xəbər verir ki, bu tablo 35,885 milyon dollara satılıb.

Bu da gözlənilən maksimum satış qiymətindən təxminən 6 milyon dollar bahadır.

Van Qoqun ölümündən sonra “Xırman” onun qardaşı Teoya miras qalıb. Sonra əsər bir neçə sahibini dəyişib.

İkinci Dünya müharibəsi zamanı Fransanın işğalı zamanı əsər nasistlərin əlinə keçib. 1970-ci illərin sonlarına qədər onun yeri naməlum qalıb.

Van Qoqun tablosu fantastik məbləğə satıldı