"Gülünün 2 evi var" - "Ayağınızın altında ölüm..."

"Gülünün 2 evi var" - "Ayağınızın altında ölüm..."

"Gülünün 2 evi var" - "Ayağınızın altında ölüm..."

Rafiq Hüseynovun (Rəmiş) xanımı Gülü Hüseynova qaynı Vaqif Hüseynovun ittihamları ilə üzləşib.

Polemika.az-a açıqlamasında G.Hüseynova bu mövzu barəsində danışmaq istəməyib:

“Xahiş edirəm, mənə bu mövzu ilə bağlı suallar verməyin. Bitirin bu mövzunu. Bu haqda heç nə danışmaq istəmirəm, ona heç nə demirəm. Ayaqlarınızın altında ölüm, qoyun rahat oturum, öz dərdim özümə bəsdir. Qurban olum, mənə daha suallar verməyin”.

Qeyd edək ki, Vaqif Hüseynov Gülü xanım haqda bildirib ki, o, Rəmişin övladlarını düşünmür:

“Rəmişin əvvəlki nikahdan 2 qızı var. Qızlardan birinin əri rəhmətə getdiyi üçün kirayədə yaşayır. Amma Gülü iki evdə qalır. Rəmiş xəstə olanda mən burada deyildim. Ümumiyyətlə, Gülünü niyə salmışdı araya, bilmədim. Rəmişin övladları da onun yas mərasimində iştirak etmədi. Gülünün "sifəti"nə görə heç kim yas mərasiminə getmədi. Sən ancaq pula görə onun yanında idin. Sən Rəmişi çox istəsəydin, övladları kirayədə qalmazdı”.

"Gülünün 2 evi var" - "Ayağınızın altında ölüm..."