Əlibaltalı qadınlar: Onlar kişilərdən nə istəyir? - Psixiatr səbəbləri açıqladı

Əlibaltalı qadınlar: Onlar kişilərdən nə istəyir?

Əlibaltalı qadınlar: Onlar kişilərdən nə istəyir? - Psixiatr səbəbləri açıqladı

Ötən günlərdə ölkədə baş verən cinayət hadisələrindən ikisi xüsusi ajiotaja səbəb oldu. Belə ki, hər iki cinayət zərif cinsin nümayəndələri tərəfindən törədilmişdi. Birində qadın həyat yoldaşını, digərində isə bacılar qardaşını baltalamışdı.

Hadisələrdən sonra qadınların bu cür qandonduran cinayətə əl atması müxtəlif kontekstlərdən müzakirə olunur. Bu hadisələri qınayanlar çoxluq təşkil etsəd ə, insanların bəzisi buna kişilərin zorakılığının rəvac verdiyini əsas gətirərək qadınların müdafiəsinə qalxır.

Ümumiyyətlə, son illərdə qadınlar arasında bu tip cinayətlərin artmasına səbəb nədir?

Mövzu ilə bağlı Polemika.az-a danışan Psixiatr Orxan Fərəcli analoji cinayətlərdə psixiatrik ekspertizanın vacibliyini vurğulayıb:

“Bu iki situasiyaya görə məsələni ümumiləşdirmək düzgün deyil. Çünki hər iki cinayət xüsusi amansızlıqla törədilib. Xüsusi amansızlıqla törədilmiş cinayətlərdə mütləq fərqli yanaşmalar tələb olunur. Təbii ki, situasiya ətraflı araşdırılmalıdır.

İki keysə görə konkret demək olmaz ki, bu cinayətlər kişilərin, yaxud qadınların günahıdır. Biz nə baş verdiyini bilmirik. Bəlkə hər hansı ruhi problemdən söhbət gedir, yaxud affekt vəziyyətdə baş verib. Buna görə ümumiləşdirmək çox çətindir.

Amma bütün hallarda xüsusi amansızlıqla törədilmiş cinayətlərdə psixiatrik ekspertizalar təyin olunur. Böyük ehtimalla sözügedən iki cinayətdə də bu ekspertiza təyin olunacaq. Bu zaman insanların psixi vəziyyəti araşdırılacaq, məlum olacaq ki, həmin insanlar anlaqlı, yaxud anlaqsız olublar. İndidən qadını günahlandırmaq, yaxud xəstə olduğunu iddia edib müdafiəsinə qalxmaq düzgün deyil.

Cəmiyyətdə ümumi problemləri nəzərə alsaq cinayətlərdə təbii ki, hər iki tərəfin müəyyən payı var, lakin bunu konkretləşdirmək olmaz. Bu tip cinayətlərdə araşdırma mütləqdir, müstəntiqlər həmişə bu ekspertizanı təyin edirlər”.

Əsmətxanım 

Əlibaltalı qadınlar: Onlar kişilərdən nə istəyir? - Psixiatr səbəbləri açıqladı