20 nömrəli məktəb koronavirusa görə bağlanıb? - Açıqlama
20 nömrəli məktəb koronavirusa görə bağlanıb? - Açıqlama
A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin bağlanması ilə bağlı müəyyən məlumatlar yayılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov xəbərlə bağlı Polemika.az-a açıqlama verib. O, bu barədə dəqiq məlumatının olmadığını bildirib:
“Bu haqda dəqiq məlumat yoxdur. Hazırda araşdırma aparılır, ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, məktəblə əlaqə saxlamağa çalışsaq da cavab verən olmadı.
Mehri Qurban