Zelenskinin şərtləri var: “Onun mövqeyi dəyişməyəcək”

Zelenskinin şərtləri var: “Onun mövqeyi dəyişməyəcək”

Zelenskinin şərtləri var: “Onun mövqeyi dəyişməyəcək”

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, müharibə yalnız Rusiya prezidenti Vladimir Putinlə dialoqa başlanılacağı təqdirdə dayandırıla bilər. Həmçinin o müəyyən güzəştlərə getməyə hazır olduğunu da qeyd edib, lakin bu güzəştlər qarşılıqlı olmalıdır və Rusiya da paralel olaraq bu məsələdə Ukrayna ilə kompromislərə getməlidir.

Söhbət hansı güzəştlərdən gedir? Ukrayna Krımı Rusiyanın tərkib hissəsi kimi, eləcə də Donbası müstəqil dövlət kimi tanıya bilərmi? Rusiya hansı güzəştlərə gedə bilər? Zelenski “güzəştlər” ifadəsini işlədəndə nəyi nəzərdə tutub?

Polemika.az-a danışan siyasi şərhçi Murad Saddədinov deyib ki, Krım və Donbasa, habelə həmin ərazilərdə qeyri-qanuni məskunlaşan qurumlarla bağlı Ukrayna prezidenti Volodimir Zelenksi heç vaxt kompromisə getməyəcək:

“Ona görə ki, Zelenski demokratik yolla seçilmiş bir adamdır və o, birinci növbədə, öz əhalisinin, insanlarının mövqeyini həyata keçirən bir prezidentdir. Yəni bununla bağlı Ukrayna xalqında olan mövqe birmənalı dəyişilməzdir.

Güzəştlərə gəldikdə isə, ortalıqda bu kompromislər var. Onların bir qismini də dolayısı yolla Zelenski açıqlayıb. Məsələn, o, Ukraynanın neytral statusu, o cümlədən NATO-ya girməməsi ətrafında danışıq aparmağa hazırdır, lakin bu da, bir şərtlə ki, Rusiya qoşunları ərazidən çıxmalıdır. 

Ancaq bu istiqamətdə hər hansı bir kompromislərdən söhbət gedə bilər. Demirəm ki, gedir, gedə bilər. Nə üçün? Ona görə ki, Zelenski son açıqlamasında bildirdi ki, mənim, artıq Ukraynanın NATO-ya daxil olması ilə bağlı mövqeyim bir az soyuyub. 

Bu, onun göstəricisidir ki, bu istiqamətdə və bu fakt üzrə danışıqlar baş tuta bilər”.

Rafi MÜSLÜMOV

Zelenskinin şərtləri var: “Onun mövqeyi dəyişməyəcək”