Ukraynanın keçmiş prezidenti: “Azərbaycan Ermənistanın 4 milyard dollarlıq silahını məhv etdi” - Fotolar

“Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı, müddətdə ora çoxlu sayda hərbi texnika, silah cəmləşdirmişdi”. 

Polemika.az xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumunun panel müzakirələrində Ukraynanın keçmiş prezidenti Viktor Yuşenko deyib.

O bildirib ki, Ermənistanın Qarabağdakı silahlarının hamısı Rusiya istehsalı idi.

O bildirib ki, Azərbaycan Vətən müharibəsində Qarabağda ermənilərin 4 milyard dollardan artıq dəyəri olan silah və texnikasını məhv edib.

“Siz Bakıda Hərbi Qənimətlər Parkında məhv edilən hərbi texnikaları görə bilərsiniz”, - deyə o əlavə edib.

Eks-prezidentin dediyinə görə, Qarabağda ermənilərin özlərinin bu qədər vəsaiti yox idi.

“Orada olan silahlara baxın və görəcəksiniz ki, hər bir raket, texnika Rusiyada istehsal edilib.

Bunlar hamısı Rusiyanın hərbi ixracı idi. Abxaziya və Cənubi Osetiyada da, Ukraynada da eyni vəziyyət hökm sürür. Bu suallara cavablar tapılmalıdır”.

/Oxu.az

Ukraynanın keçmiş prezidenti: “Azərbaycan Ermənistanın 4 milyard dollarlıq silahını məhv etdi” - Fotolar