“Gizli danışıqlar gedir, Ermənistan razılıq verib və Rusiyaya yazılı bildiriş göndərib” - Köçəryan detalları açıqladı

“Gizli danışıqlar gedir, Ermənistan razılıq verib və Rusiyaya yazılı bildiriş göndərib”

“Gizli danışıqlar gedir, Ermənistan razılıq verib və Rusiyaya yazılı bildiriş göndərib” - Köçəryan detalları açıqladı

Ermənistan sərhədlərin demarkasiyası prosesinin başlanmasına razılıq verib.

Polemika.az “news.am”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

O bildirib ki, demarkasiya prosesi sərhədin sıfır nöqtəsindən başlayacaq.

Köçəryan Ermənistanın prosesin başlanmasında iştiraka razılıq verdiyini açıqlasa da, Moskvadan alınan təkliflərlə bağlı təfərrüatlardan danışmayıb.

Hakim “Vətəndaş müqaviləsi” partiyasından olan digər deputat Eduard Ağacanyan isə qeyd edib ki, Ermənistan müvafiq komissiyanın formalaşdırılmasına və işə başlamağa hazırdır.

“Proses müəyyən texniki məsələlərlə bağlı müəyyən razılıq əldə edildikdən sonra başlana bilər. Ermənistan əvvəllər Moskvanın səsləndirdiyi təkliflərin qəbul edilməsi ilə bağlı Rusiyaya yazılı bildiriş göndərib. Məzmun haqqında danışmaq hələ tezdir. Söhbət yalnız hazırlıq işlərinin başlamasından gedir”, - deyə Ağacanyan izah edib.

Hakim partiyadan olan deputat Artur Ovanesyan isə deyib ki, Ermənistan çox gərgin proseslə üzləşir və hər bir fürsətin müzakirəsi vacibdir. 

Deputat bütün danışıqlar gizli şəkildə aparıldığını deyib.

Andranik Köçəryan isə danışıqların gizli aparılmasını belə əsaslandırıb: "Bu işdə məxfilik son dərəcə zəruridir, çünki bu, həm də sərhəddə qüvvələrin sıralanmasına aiddir. Bu, çox diqqətlə edilməlidir ki, yeni toqquşmalara səbəb ola biləcək yeni gərginlik ocaqları olmasın”.

“Gizli danışıqlar gedir, Ermənistan razılıq verib və Rusiyaya yazılı bildiriş göndərib” - Köçəryan detalları açıqladı