Zelenski: "Rus qoşunları geri çəkilməyib"

Zelenski: "Rus qoşunları geri çəkilməyib"

Zelenski: "Rus qoşunları geri çəkilməyib"

"Biz Rusiya qoşunlarının Ukrayna sərhədlərindən çıxarılmasını görmürük".

Polemika.az "112 Ukraina" telekanalına istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qoşunlarının bir hissəsini sərhəddən çıxarması ilə bağlı xəbərlərini şərh edərkən deyib.

Zelenski hərbi poliqonda jurnalistlərə deyib: “Düzünü desəm, biz mövcud reallığa reaksiya veririk və hələlik heç bir geri çəkilmə görməmişik. Biz bu haqda indicə eşitdik”.

O vurğulayıb ki, bütün normal insanlar deeskalasiyanı gözləyir”.

Həmçinin əlavə edib: "Qoşunlar geri çəkiləndə bunu hamı görəcək – təkcə ordu və ya kəşfiyyat deyil. Təhlükə ilə bağlı mən dəfələrlə demişəm ki, biz hər hansı təhdidlərə sakit yanaşırıq, çünki xatırlayırıq ki, hər şey dünən başlamamışdı. Bu, uzun illərdir ki, baş verir”.

 

Zelenski: "Rus qoşunları geri çəkilməyib"