Ukrayna sərhədlərində rus qoşunlarının sayı artır

Ukrayna sərhədlərində rus qoşunlarının sayı artır

Ukrayna sərhədlərində rus qoşunlarının sayı artır

Donbasda, Ukrayna sərhədi yaxınlığında 90 minə yaxın rus əsgəri yerləşdirilib.

Polemika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Mərkəzi Kəşfiyyat İdarəsi məlumat yayıb:

"Ümumən Rusiya Federasiyasının 90 min nəfərlik qoşun qrupu sərhədimizə yaxın müvəqqəti işğal olunmuş ərazilərimizdə cəmləşib".

Nazirlik qeyd edib ki, Ukrayna Müdafiə Nazirliyi Rusiya Federasiyası ilə dövlət sərhədinə yaxın Krım, Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş ərazilərindəki vəziyyəti diqqətlə izləyir:

“Ukrayna kəşfiyyat orqanlarının təqdim etdiyi faktlar tərəfdaşlarımızla Ukraynadakı təhlükəsizlik vəziyyəti ilə bağlı məlumat mübadiləsi ilə təsdiqlənir".

 

Ukrayna sərhədlərində rus qoşunlarının sayı artır