Əfqan şahzadəsi vəfat etdi - Monarxın varisi

Əfqan şahzadəsi vəfat etdi - Monarxın varisi

Əfqan şahzadəsi vəfat etdi - Monarxın varisi

Əfqanıstanın keçmiş hökmdarı Zahir şahın qızı Bibi Məryəm Naim dekabrın 25-də Kabildəki xəstəxanada dünyasını dəyişib.

Polemika.az "Tolou News"a istinadla xəbər verir ki, bu barədə oğlu Sərdar Məhəmməd Nadir Naim "Facebook" səhifəsindəki qeydində anasının ölümünü təsdiqləyib.

O, anasının ölümünün səbəbi və ya xəstəliyi barədə heç nə deməyib.

Şahzadə Naimin cənazəsinin bu gün Kabildə dəfn edilməsi planlaşdırılır.

Məhəmməd Zahir şah 2007-ci il iyulun 23-də Əfqanıstanda vəfat edib. Onun ölümü ilə Əfqanıstanda monarxiya tarixinə son qoyulub. Məhəmməd Zahir 40 ilə yaxın hakimiyyətdə olub, 30 ilə yaxın Romada sürgündə yaşayıb.

Əfqan şahzadəsi vəfat etdi - Monarxın varisi