"Koreya liderinin oxşarı var" iddiasına kəşfiyyatın cavabı

"Koreya liderinin oxşarı var" iddiasına kəşfiyyatın cavabı

"Koreya liderinin oxşarı var" iddiasına kəşfiyyatın cavabı

KXDR lideri Kim Çen In 20 kiloqram arıqlayıb, lakin onun səhhətində heç bir problem yoxdur.

Polemika.az "Ryonghap"a istinadla xəbər verir, bu barədə Cənubi Koreyanın kəşfiyyat məlumatlarında qeyd olunur.

Cənubi Koreyanın dövlət kəşfiyyatı ölkə parlamentinin qapalı iclasında Kim Çen Inın əvəzinə guya onun oxşarının ictimaiyyətə görünməsi ilə bağlı şayiələri təkzib edib. "Sadəcə olaraq, KXDR lideri 140 kiloqram çəkidə deyil, arıqlayıb".

Bu yaxınlarda ABŞ mediası iddia edib ki, Kim Çen Inın bu yay hakimiyyətdən uzaqlaşdırılıb və onun yerinə dublyor xalq qarşısına çıxır.

Kim Çen In hakimiyyətə 2011-ci ilin sonunda atası Kim Çen İrin ölümündən sonra gəlib.

Babası Kim İr Sen KXDR-in qurucusu olub, 1994-cü ildə vəfat edib.

Kim Çen Inın mümkün varisinin olub-olmadığı məlum deyil.

"Koreya liderinin oxşarı var" iddiasına kəşfiyyatın cavabı