Yeni icra başçısının ilk işi şəhid ailələri və qazilərlə görüş oldu - Fotolar

Yeni icra başçısının ilk işi şəhid ailələri və qazilərlə görüş oldu - Fotolar

Yeni icra başçısının ilk işi şəhid ailələri və qazilərlə görüş oldu - Fotolar

Abşeron rayonunda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən müxtəlif orden medallarla təltif olunmuş şəhid və müharibə iştirakçılarına medalların təqdimetmə mərasimi keçirilib. 

İH-dən “Polemika.az”a daxil olan xəbərə görə, Heydər Əliyev Mərkəzində baş tutan mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Cəfər Cəfərov, Abşeron rayon prokuroru Qabil Qasımov, şəhid  ailələri, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərində yerləşən abidəsi ziyarət edilmişdir və xatirəsi dərin ehtiramla yad edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra ölkəmizin ərazi  bütövlüyü  uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  

Giriş sözü ilə mərasimi açıq elan Abdin Fərzəliyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən Vətən savaşında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək torpaqlarımızı işğalçılardan təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Ali Baş Komandanın iradəsi ilə dəmir yumruğa dönən möhtəşəm xalq bu Zəfəri ilə tarixə qızılı hərflərlə yeni səhifə yazdı. Bu dəmir yumruq xalqın gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya bəyan etdi. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. 

Sonra Prezidentin Sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi şəhidlərinin ailələrinə və iştirakçılarına orden və medallar təqdim olundu.

Şəhid qəhrəmanlarımız - baş-leytenant Vəliyev İlqar Cahit oğlunun ailəsinə “Xocavəndin azad olunmasına görə” medalı, Cavadov Ələsgər Elxan oğlunun ailəsinə  “Azərbaycan bayrağı” ordeni, İsgəndərov Anar Vahid oğlunun ailəsinə  “Azərbaycan bayrağı” ordeni,  Məcidov Səbuhi Ağalətif oğlunun ailəsinə “Suqovuşanın azad olunmasına görə” medalı, kapitan Musibov Veysəl Yadullayeviçin ailəsinə  “Füzulinin azad olunmasına görə” medalı, Xəlilov Namiq İlyas oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, “Kəlbəcərin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları, Dövlətov Zaur Zahir oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Bürcəliyev  İlqar Vüqar oğlunun ailəsinə “Suqovuşanın azad olunmasına görə” medalı, Rəhimov Ülvi Rabil oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Allahverdiyev Babək Bəxtiyar oğlunun ailəsinə “Azərbaycan bayrağı” ordeni, Cəfərov Balaş Namiq oğlunun ailəsinə  “Füzulinin azad olunmasına görə” medalı, cəsur müharibə veteranlardan Mütəllimov İslam Ağamir oğluna və Eminov Ziyaməddin Bahəddin oğluna “Suqovuşanın azad olunmasına görə” medalları  təqdim edildi.

Rayon İcra Hakimiyyətinin başçısı Xırdalan şəhərindəki Şəhidlər Abidə Kompleksini ziyarət edib, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin məzarları üzərinə çiçəklər düzüb, onların xatirəsini bir dəqiqəlik sükutla yad edib. İlk iş günündə İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xırdalan şəhərinin mərkəzi parkında və Şəhidlər Abidə Kompleksinin ərazisində abadlıq işlərinin vəziyyəti ilə tanış olub, aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.

Abdin Fərzəliyev Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Musibov Veysəl Yadulla oğlunun əvvəllər yaşadığı evə gedərək, ailəsini ziyarət edib. O, şəhidin ailə üzvləri ilə görüşərək onların qayğıları və problemləri ilə maraqlanıb.  Şəhid Veysəl  Musibovun  anası dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını, Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbə oğlunun adının verildiyini vurğulayaraq, göstərilən hər çür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qeyd edək ki, şəhid ailəsinin xahişi nəzərə alınaraq, 5 nömrəli tam orta məktəbdə şəhidin büstünün qoyulması üçün müvafiq tapşırıqlar verilib.  

Abdin Fərzəliyev əvvəlcə II Fəxri Xiyabanda dəfn olunan Abşeron rayonunun şəhidlərin məzarlarını, daha sonra isə rayonun Hökməli, Qobu, Güzdək, Məmmədli, Digah və Mehdiabad qəsəbələrində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib. 

Məzarlıqda şəhidlərin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev onların qayğı və problemləri ilə maraqlanıb. RİH başçısı Hökməli və Qobu məscidlərinə baş çəkib. 

Daha sonra RİH başçısı şəhid Əhmədov Emil Bahadur oğlunun evinə gedərək onun övladı Tofiq Əhmədovun doğum günündə iştirak edib. 

 

Yeni icra başçısının ilk işi şəhid ailələri və qazilərlə görüş oldu - Fotolar