Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb

Azərbaycanda müşahidə olunan faktiki havaya əsasən, Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb.

Polemika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bu gün bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Havanın minimal temperaturuna gəlincə isə, Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.

Qeyd edək ki, ölkə ərazisində sabah və birigün hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb