Siqaret qaçaqmalçılığına qarşı Azərbaycanla əməkdaşlıq - İrandan təklif gəldi

Siqaret qaçaqmalçılığına qarşı Azərbaycanla əməkdaşlıq - İrandan təklif gəldi

Siqaret qaçaqmalçılığına qarşı Azərbaycanla əməkdaşlıq - İrandan təklif gəldi

"Tütün məmulatlarının ölkəyə qanunsuz idxalının qarşısını almaq üçün qonşu ölkələrlə koordinasiya olmalıdır".

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Tütün Məmulatları Assosiasiyası İdarə Heyətinin sədri Məhəmməd Rza Tacdar bildirib.

Onun sözlərinə görə, ölkədə tütün istehlakının 50%-dən çoxu (6 min tona yaxın) saxta və ya qaçaqmalçılıq məhsullarının payına düşür.

Məhəmməd Rza Tacdar qeyd edib:

"Bunun qarşısını almaq üçün BƏƏ, Oman, İraq və Azərbaycan Respublikası da daxil olmaqla, qonşu ölkələrlə qeyri-qanuni ticarətlə mübarizəyə dair ikitərəfli sazişlər imzalanmalaıdır".

 

Siqaret qaçaqmalçılığına qarşı Azərbaycanla əməkdaşlıq - İrandan təklif gəldi