Evlərdən pul və qızıl oxurlayan şəxs nəhayət yaxalandı

Evlərdən pul və qızıl oxurlayan şəxs nəhayət yaxalandı

Evlərdən pul və qızıl oxurlayan şəxs nəhayət yaxalandı

Masallıda silsilə oğurluqların üstü açılıb.

Polemika.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb.

Bu, Xırmandalı kəndi ərazisindəki evlərdən birindən 1665 manat pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Mərhəmət Fərzəliyevdir.

Onun ötən il müxtəlif vaxtlarda Ərəb kəndindəki bir evdən 650 manat pul və 3600 manat dəyərində qızıl-zinət əşyaları, Xırmandalı kəndindəki bir evdən isə 960 manat pul oğurladığı müəyyən edilib. 

Faktlarla bağlı araşdırma aparılır.

 

Evlərdən pul və qızıl oxurlayan şəxs nəhayət yaxalandı