Xatirədən geyimini tənqid edənlərə: “Ailənin sinəyə nə aidiyyəti?” – VİDEO

Xatirədən geyimini tənqid edənlərə: “Ailənin sinəyə nə aidiyyəti?” – VİDEO

Xatirədən geyimini tənqid edənlərə: “Ailənin sinəyə nə aidiyyəti?” – VİDEO

Müğənni Xatirə İslam son günlər geyimlərinə görə tənqid edilib.

Polemika.az "Axsam"a istinadla xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyatla artıq çəkidən xilas olan sənətçi qatıldığı məclislərdən fotolarını “Instagram” izləyiciləri ilə bölüşüb.

İlk əvvəl izləyiciləri Xatirənin geyindiyi parıltılı yaşıl geyimin qollarını tənqid ediblər. Daha sonra isə ifaçının paylaşdığı videoda dekoltesi qınanılıb.

“Gəl olaq bir ailə” adlı mahnısından görüntü yayımlayan müğənni “Bu mahnını həsr edəcəyiniz insanın adının ilk hərfini yazın” şərhini yazıb. İzləyicilər isə ona geyimlərini dəyişməsini məsləhət görüb.Xatirə “Xatirə xanım, gözəl ailən, gül kimi övladın var. Sinəni açıq qoyanda nə olur ki? Bir qadın olaraq mən baxanda utanıram” sözlərinə “Ailənin sinəyə nə aidiyyəti?” cavabını verib./

Həmin görüntüləri təqdim edirik:

 

Xatirədən geyimini tənqid edənlərə: “Ailənin sinəyə nə aidiyyəti?” – VİDEO