Aktrisa 14 il əvvəl aldığı malikanəni satışa çıxardı - Fotolar

Aktrisa 14 il əvvəl aldığı malikanəni satışa çıxardı

Aktrisa 14 il əvvəl aldığı malikanəni satışa çıxardı - Fotolar

Amerikalı aktrisa Hilari Suonk 14 il əvvəl aldığı malikanəni satışa çıxarıb.

Polemika.az xəbər verir ki, aktrisanın Los-Ancelesdə yerləşən villasını 10,5 milyon dollar qarşılığında yeni sahibinə təqdim edəcəyi bəlli olub.

Hilari 2007-ci ildə 5,8 milyon dollara aldığı mülkü tamamilə təmir etdirib.

Malikanədə qaraj, hovuz, meyvə bağı, altı yataq və yeddi vanna otağı, habelə okean mənzərəli eyvanları olan böyük mətbəx var.

 

Aktrisa 14 il əvvəl aldığı malikanəni satışa çıxardı - Fotolar