Xaricdə təhsil: Humanitar fənlər Dövlət Proqramından niyə çıxarılıb?

Xaricdə təhsil: Humanitar fənlər Dövlət Proqramından niyə çıxarılıb?

Xaricdə təhsil: Humanitar fənlər Dövlət Proqramından niyə çıxarılıb?

Gənclərin xaricdə təhsil almalarına dair 2022-2026-cı illər üzrə Dövlət Proqramı təsdiqlənib. Proqramda əksər ixtisaslar, o cümlədən humanitar fənlər yoxdur. 

Filologiya ixtisasında təhsil almış bəzi tələbələr buna öz etirazlarını bildiriblər. Onlar Azərbaycan ali məktəblərinə minimum 550 balla qəbul olduqları ixtisasda onlara digərləri kimi şans verilmədiyini, magistr təhsilini dövlət dəstəyi ilə hər hansı bir Avropa universitetində ala bilmədiklərindən şikayətçidirlər. 

Polemika.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib ki, xaricdə təhsil proqramına humanitar ixtisasların, o cümlədən filologiya ixtisasının salınması çox böyük önəm kəsb edərdi:

“Filologiya hər bir xalqın milli-mənəvi dəyərlərini özündə əks etdirir. Bütün sahələrdə olduğu kimi, burada da gənclərin qarşısı açılmalıdır. Filologiya iqtisadiyyatdan çox mühüm, aktual bir sahədir. Ona görə filologiya istiqamətdə də xaricə tələbələr göndərilməlidir”.

Nəzrin Vahid

 

 

 

Xaricdə təhsil: Humanitar fənlər Dövlət Proqramından niyə çıxarılıb?