İbrahim Kalın: "Türkiyə Rusiyaya sanksiya qoymayacaq"

İbrahim Kalın: "Türkiyə Rusiyaya sanksiya qoymayacaq"

İbrahim Kalın: "Türkiyə Rusiyaya sanksiya qoymayacaq"

"Türkiyə hazırda Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, çünki Moskva ilə güclü iqtisadi əlaqələrini itirmək istəmir".

Polemika.az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib.

O vurğulayıb ki, Türkiyə-Rusiya iqtisadi əlaqələri enerji, turizm və kənd təsərrüfatı kimi sektorları əhatə edir.

Kalının sözlərinə görə, Türkiyə sanksiyalardan yayınmada daha güclü amil kimi Rusiya ilə dialoqda qalmaq istəyir:

“Bəzilərimiz Rusiya ilə əlaqə saxlamalı və onları danışıqlar masasına qayıtmağa təşviq etməlidir”.

O xatırladıb ki, gərginliyi yumşaltmaq, eləcə də nüvə təhlükəsinin yalnız ritorika səviyyəsində qalacağına ümid etmək lazımdır.

Türkiyənin NATO-nun genişlənməsinə müsbət yanaşmasının Ukraynanın NATO-ya üzvlüyünün mümkün ssenarisini ehtiva edib-etməməsi ilə bağlı suala isə Kalın indiki mərhələdə bu ehtimala müsbət baxmadığını bildirib:

“Ukraynanın NATO-ya üzv olmaq məsələsində Rusiyanın nə qədər həssas olduğunu bilirik. Bu da hazırkı müharibənin bitməsini istəməyimizin əsas səbəblərindən biridir. Ümid edirik ki, ukraynalılar da bizi başa düşəcəklər. Rusiyanın hazırkı mərhələdə atəşkəs üçün irəli sürdüyü hər üç tələb isə həddən artıq maksimalistdir".

İbrahim Kalın: "Türkiyə Rusiyaya sanksiya qoymayacaq"