"Uzun müddətdir ki, başqalarını xoşbəxt edən hərəkəti edirdim”

"Uzun müddətdir ki, başqalarını xoşbəxt edən hərəkəti edirdim”

"Uzun müddətdir ki, başqalarını xoşbəxt edən hərəkəti edirdim”

Dünyaca məşhur realiti-şou ulduzu Kim Kardaşyan Kanye Uestdən boşandıqdan sonra Pit Devidsonla yeni eşq macərası yaşayır.

Polemika.az xarici mətbuata istinadən xəbər verir ki, 41 yaşlı məşhur ulduz sevgilisi ilə tətildə olarkən etdiyi çılğınlığı açıqlayıb. Kardaşyan bildirib ki, tətildə olarkən telefonları okeana atıblar ki, heç kim onları narahat etməsin. Bu hadisədən sonra nömrəsini dəyişdiyini açıqlayan Kim Kardaşyan, "Uzun müddətdir ki, başqalarını xoşbəxt edəni edirdim” – deyə, bildirib.

Özündən 13 yaş kiçik Pit Devidsonla sevgili olan Kim bundan sonra həyatını yalnız xoşbəxtliyə həsr edəcəyini bildirib:

"Məşq edəcəm. Daha çox əylənəcəyəm. Uşaqlarımı və məni xoşbəxt edən insanlarla daha çox vaxt keçirəcəm. Telefonumu bir kənara qoyacam. İnstaqramda bir şey görmək istəməsəm izləmədən çıxaracağam”.

 

"Uzun müddətdir ki, başqalarını xoşbəxt edən hərəkəti edirdim”