Bəstəkar Damladan narazıdır: "Bir dəfə belə olsun..."

Bəstəkar  Damladan narazıdır: "Bir dəfə belə olsun..."

Bəstəkar Damladan narazıdır: "Bir dəfə belə olsun..."

Həbsdə olan tanınmış bəstəkar Tural Bayraməliyev müğənni Damladan narazıdır.

Bu barədə Polemika.az-a bəstəkarın vəkili Samir Zeynalov məlumat verib:

“Tural Bayraməliyev bildirir ki, müğənni Damla onun bəstəsi olan "Qürur" və "Bu bahar" mahnıları ilə sənət yolunda şöhrət qazanıb. Bəstəkar sözügedən mahnılarını müğənniyə təmənnasız bəxş edib, hətta həmin mahnılara klip çəkilməsinin məsrəflərini belə qarşlayıb. 4 ildir həbsdə olsa da, Damla bir dəfə belə olsun Turalla maraqlanmayıb. Ona ən azından mənəvi dəstəyini belə nümayiş etdirməyib. Unutmaq olmaz ki, heç kim haqsızlıqdan sığortalanmayıb”.

Qeyd edək ki, T.Bayraməliyev biznes ortağı Şədiyyə Salehliyə məxsus olan külli miqdarda vəsaiti ələ keçirməkdə təqsirləndirilir. O, Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra hit mahnıların bəstəkarıdır.

Bəstəkar Damladan narazıdır: "Bir dəfə belə olsun..."