Ürək bulanma, baş ağrısı... - Pandemiya zamanı bu hallarla qarşılaşanların NƏZƏRİNƏ - SƏBƏB 

Ürək bulanma, baş ağrısı... - Pandemiya zamanı bu hallarla qarşılaşanların

Ürək bulanma, baş ağrısı... - Pandemiya zamanı bu hallarla qarşılaşanların NƏZƏRİNƏ - SƏBƏB 

"Pandemiya zamanı insanları ən çox sarsan məsələ gələcəyin qeyri-müəyyən olması fikri idi".

Bu sözləri Polemika.az-a açıqlamasında psixoloq, psixioterapevt Kənan Rəhimov deyib.

"Bir çox insanların gələcəklə bağlı planları olduğu üçün pandemiyanın başlaması onlar üçün qeyri-müəyyənlik yaratdı. Gələcəyin qeyri-müəyyən olması isə onlarda təşvişə səbəb oldu. Bu təşviş insanlarda fəqli formada özünü biruzə verirdi və bir çox psixoloji amillər yaradırdı. Hal-hazırda mən nə edə bilərəm? - deyib, buna uyğunlaşmalıdırlar. Bu zaman gələcəyin təhlükə altında olma fikri insanı tərk edir və təşviş azalır".

Hər kəsin həyat tərzinin fərqli olmasına baxmayaq, insanları birləşdirən əsas məqama diqqət çəkən psixoloq bildirib ki:

"İnsanlar daha öncə qurduğu həyat tərzini hazırda dəyişilmiş şəraitə uyğunlaşdıra bilmədiyinə görə, təngənəfəslik, ürək sıxılmaları, baş gicəllənməsi və ürək bulanma əlamətlərinin nə ilə əlaqəli olduğunu bilmirdilər. Bunun üçün müxtəlif həkimlərə müraciət edib, psixotrop preparatların qəbuluna başlayırdılar. Halbuki əsas simptomların həyəcan ilə əlaqəli olduğuna görə, bunun panik atak sindromu olduğunu göstərirdi. Sindorumun da əsas psixoloji amilinin gələcəyin qeyri müəyyən olduğunu göstərmək lazım idi ki, insanlar mövqelərini dəyişsinlər. Hazırdakı dövrə köklənsinlər.  Nə vaxt ki, insanlar bunu dərk edib uyğunlaşmağa başladılar, bu problemdən də qurtuldular".

Onun sözlərinə görə, ikinci ən çox stress yaradan məsələ isə diqqət mərkəzində olma qorxusu olan insanlar idi:

"Tənqidə məruz qalmaq, öz fikrini irəli sürmə, diqqət mərkəzində və cəmiyyət içində olma problemləri olan insanlar pandemiya zamanını daha ağır yaşadılar. Buna sosial fobiya deyilir. Pandemiya zamanı bu insanlar xüsusən digər insanlara qarşı daha ehtiyyatlı və tərəddüdlü yanaşırlardılar.  Bu fobiya bir çox insanlarda var, lakin pandemiya dövründə sösial fobiya onlarda özünü çox güclü biruzə verdi. Belə insanların bir qismi psixoloji konsultasiya görərək müalicə olundu və olunur".

Psixoloq qeyd edib ki, çölə çıxa bilməyən insanlar depressiyaya qapılırdılar:

"Planlarını reallaşdıra və çölə çıxa bilməyən insanlar depressiya yaşayırdılar. Səhvi və günahı özündə görən, uzaqgörən olmadığını düşünüb daha ehtiyyatlı davranmalı olması ilə özünü mühakimə edənlər daha çox depressiv reaksiyalar verirlər. Bu da psixoloji səbəblərdən, fikirlərdən yaranmış depressiya sayılır və psixoloqa müraciət etməklə həll yolunu tapmış olurlar".

Rufina ALİ

Ürək bulanma, baş ağrısı... - Pandemiya zamanı bu hallarla qarşılaşanların NƏZƏRİNƏ - SƏBƏB