Erməni akademik: "Ölkəni ya hərbi çevriliş, ya yeni lider, ya da..."

Erməni akademik: "Ölkəni ya hərbi çevriliş, ya yeni lider, ya da..."

Erməni akademik: "Ölkəni ya hərbi çevriliş, ya yeni lider, ya da..."

"Ermənistanın siyasi gələcəyinə dair iki ssenari var".

Polemika.az xəbər verir ki, bunu "Qolos Armenii" qəzetinə müsahibəsində sosioloq, Ermənistan Respublikası Milli Elmlər Akademiyasının akademiki Gevorq Poqosyan bildirib.

"Bu ssenarilərdən biri hərbi çevrilişdir. Bir çox ölkədə gücün idarəetməni itirdiyini və ölkənin uçuruma doğru getdiyini görən ordu hakimiyyəti öz əlinə alıb. Buna "generalların hakimiyyəti" deyilir.

İkinci ssenari isə yeni bir qəhrəmanın, yeni simaların, məsuliyyəti öz üzərinə götürə biləcək və ölkəni Paşinyan hakimiyyətinin qoyduğu ağır yükdən çıxara biləcək qüvvələrin gəlməsidir. Yəni ya bir qəhrəman gözləyən öləzi mühit, ya da hərbi çevriliş.

Paşinyanla, təbii ki, ciddi siyasətçilərdən və qüvvələrdən heç kim masaya oturub milli razılaşma qurmayacaq. Bu artıq rəqiblərimiz üçün aydın və başa düşüləndir. Buna görə də, onlar tələsirlər, bu gedən, yorğun və diz çökmüş hakiiyyətdən  mümkün qədər çox şey almağa çalışırlar".

Gevorq Poqosyan Ermənistan üçün başqa ssenarilərin də olduğunu düşünür:

"Bu bir ssenaridir. Digəri kütləvi mühacirətdir. Düzünü desəm, bu məni ən çox narahat edir. Artıq bu ilin 8 ayının məlumatlarına görə, mühacirət axınının çox böyük olduğu aydındır. Adətən, ildə təxminən 35-40 min, indi isə təxminən 100 min adam köçüb. İlin sonuna qədər daha çox olacaq. Yəni bir çox erməni bu ölkədə özü üçün bir gələcək görmür, ölkənin dizlərini yerdən qaldıra biləcəyinə inanmırlvə etməyə hazır olduqları yeganə şey Rusiyaya, Avropaya, dörd bir yana getməkdir".

Erməni akademik: "Ölkəni ya hərbi çevriliş, ya yeni lider, ya da..."