"İrəvan Azərbaycandan müsbət siqnallar gözləyir" - Qriqoryan

"İrəvan Azərbaycandan müsbət siqnallar gözləyir" - Qriqoryan

"İrəvan Azərbaycandan müsbət siqnallar gözləyir" - Qriqoryan

"Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə hazırdır".

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu hökumətin iclasından sonra jurnalistlərə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

O əlavə edib ki, mümkün variantlardan biri Ermənistan və Azərbaycan qoşunlarının qarşılıqlı şəkildə çıxarılması, müvafiq ərazilərdə və sərhəd qoşunlarının yerləşdirilməsidir. Bu, delimitasiya və demarkasiya prosesinin başlanğıcı ola bilər.

“Biz bildirmişdik ki, delimitasiya və demarkasiya prosesinə başlamağa hazırıq və Azərbaycandan müsbət siqnal gözləyirik”, - deyən Qriqoryan Azərbaycanın bunu BMT-də bəyan etdiyini, lakin prosesdə irəliləyiş olmadığını qeyd edib.

“Bu bəyanat sentyabrda BMT-də verildi, lakin biz irəli gedə bilmərik. İlkin şərtlərə və ya başqa şeylərə gəlincə, Azərbaycanın niyə delimitasiya və demarkasiya prosesinə başlamadığını söyləmək mənim üçün çətindir”, - deyə Qriqoryan vurğulayıb.

Eyni zamanda, o, Sovet İttifaqının tərkibində ilk demarkasiyaların 1920-ci, 1926-1927-ci illərdə aparıldığını, 1929-cu ildə başa çatdığını, sonrakı xəritələrin həmin illərin xəritələrinə əsaslandığını qeyd edib.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, işçi qrup danışıqlar masasında hansı xəritələrin olmasını müzakirə edib.

"İrəvan Azərbaycandan müsbət siqnallar gözləyir" - Qriqoryan