Ukraynadan 4 mindən çox azərbaycanlı təxliyə olunub

Ukraynadan 4 mindən çox azərbaycanlı təxliyə olunub

Ukraynadan 4 mindən çox azərbaycanlı təxliyə olunub

Ukraynadan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir.

Polemika.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək Azərbaycana (son sutka ərzində 1237 nəfər olmaqla) 4375 nəfər təxliyə edilib. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib.

Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub.

Onların həm çarter reysləri, həm də qonşu ölkələrin ərazisindən keçməklə avtobuslarla təxliyəsi davam edir.

Ukraynadan 4 mindən çox azərbaycanlı təxliyə olunub